Əsas vəsaitlərin qiymətləndirilməsi
Əsas vəsaitlərin qiymətləndirilməsi uçot və təhlil, hesablama və iqtisadi proqnozlar, həmçinin ümumiləşdirilmiş orta göstərici və xüsusiyyətlərin əldə olunması üçün faktiki dəyərin real bazar göstəricisinə gətirilməsi məqsədilə müntəzəm olaraq aparılan əsasən fondların yenidən qiymətləndirilməsidir.
Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi mənfəət vergisi və əmlak vergisini optimallaşdırmağa kömək edir. Əmlakın balans dəyəri bazar dəyərini əks etdirəcək, buna görə də ziyanla işləyən şirkətlər əmlak vergisini azaltmaq, yüksək gəlirli şirkətlər isə əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən sonra dəyərin artması ilə amortizasiya ödənişlərini artırmaqla mənfəət vergisini azaltmaq imkanı əldə edəcək.
Əsas vəsaitlərin bazar dəyəri üzrə qiymətləndirilməsi bir sıra üstünlüklərə malikdir. Birincisi, bu mühasibat uçotu məlumatlarının mötəbərliyi və şəffaflığını artırır və bütün maraqlı şəxslərə (vergi orqanları və digər dövlət orqanları, səhmdar və payçılar, kreditorlar, investorlar) müəssisənin balansının təhlili əsasında aktivlər və onların həqiqi dəyəri barədə adekvat təsəvvür yaratmağa imkan verir. Yəni, müəssisənin bütün əsas aktivlərinin dəqiq bazar dəyərini bilən maraqlı şəxs (məsələn, potensial investor) müəssisənin kapitallaşmasını asanlıqla hesablaya və həmin müəssisə ilə bağlı investisiya qərarının verilməsi prosesini özü üçün əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.
Bundan başqa, aktivlərin mühasibat uçotunda hər zaman həqiqi dəyəri üzrə əks etdirilməsi şirkət rəhbərliyinə olan etimadı artırır və potensial tərəfdaşlar qarşısında açıqlığı nümayiş etdirir. İkincisi, əsas vəsaitlərin bazar dəyəri üzrə yenidən qiymətləndirilməsi müəssisənin top menecerlərinə obyektiv istiqamət verir və onlara aktivlərin idarə edilməsi keyfiyyətini yaxşılaşdırmağa, idarəetmə, vergi və mühasibat uçotu məlumatlarını vahid şəklə salmağa imkan verir, bu isə öz növbəsində müəssisənin idarə edilməsi səmərəliliyini artırır.
Yenidən qiymətləndirmə bütün əsas vəsaitlər və ya həmcins əmlak qrupları üçün aparıla biilər. Əsas vəsaitlərin bütün növləri – binalar, qurğular, avadanlıq, avtonəqliyyat, qeyri-maddi aktivlər – yenidən qiymətləndirilə bilər. ƏV-in yenidən qiymətləndirilməsinin bir vacib şərti daha onun dövriliyidir, yəni öz əmlakını bir dəfə yenidən qiymətləndirən müəssisə gələcəkdə yenidən qiymətləndirməni müntəzəm olaraq, ilin əvvəlinə olan vəziyyətə görə ildə bir dəfə yenidən qiymətləndirməlidir.
Əsas vəsaitlərin yenidən qiymətləndirmə obyektləri aşağıdakı aktivlərdir:
Əsas vəsaitlərin qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi aşağıdakı hallarda tələb olunur: