XƏBƏRLƏR VƏ ELANLAR

Yenilikləri bizdən eşidin

Azərbaycanda əmlak və maşın hərraclarında - BÖYÜK YENİLİKLƏR

Azərbaycanda əmlak və maşın hərraclarında - BÖYÜK YENİLİKLƏR

Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, yenilənmiş sayt dizayn, məzmun və funksionallıq cəhətdən əvvəlki versiyadan bir sıra üstünlükləri ilə fərqlənir. İstifadəçi rahatlığını, məxfilik və təhlükəsizliyi təmin etmək üçün müasir texnologiyalardan istifadə olunub. Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən foto, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilir. İnternet səhifəsinin istifadəçiləri yeni xidmətlərdən yararlana bilərlər. Belə ki, ilk dəfə olaraq istifadəçilər “Digital login” (“Sima Rəqəmsal İmza”, “Asan İmza”, “SİMA Token (Elektron imza), “İdentifikasiya nömrəsi”, “BSXM elektron imza”) vasitəsilə saytda şəxsi kabinetini yaratmaqla, hesaba daxil olaraq hərraca çıxarılmış lotlara baxa bilərlər. Sifarişçilər (alıcılar) hesaba daxil olduqdan sonra prosesdə iştirak etmək üçün “Hərraca keçid” etməlidirlər. Yeniliyə əsasən, sifarişçilərin şəxsi kabinetləri vasitəsilə lazım olan prosedurları yerinə yetirmək, etibarnamə vermək, lotlara baxmaq, hərracda onlayn iştirak etmək, sifarişlərin gedişatını izləmək, iştirak növünü (online/offline) seçmək, qalib müəyyən olunmuş lot üzrə məlumatlarla tanış olmaq və digər xidmətlərdən yararlanmaq imkanı var. Bununla yanaşı, sayt vasitəsilə hərraclarda iştirak üçün müraciətlər onlayn qaydada edilir, beh ödənişləri elektron yolla həyata keçirilir, həmçinin, hərracın sonunda satılmayan və satılan əmlaklarla əlaqədar məlumatlar portalda yenilənir. Ümumilikdə isə alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər.