“Fitch" beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun uzunmüddətli xarici və yerli valyutada kredit reytinqini növbəti dəfə ölkə reytinqinə bərabər “BBB-" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz "Sabit"dir.
"Bu reytinq Fondla dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır", - deyə məlumatda qeyd olunub.
“Fitch" 2009-cu ildən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.