İpoteka haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Əsas anlayışlar
- Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:
- ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;
- ipoteka kağızı - ipoteka hüququnu təsbit edən adlı qiymətli kağızdır. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdirilir;1
- ipoteka kağızının mülkiyyətçisi - ipoteka kağızı üzərində mülkiyyət hüququ əldə edən şəxsdir;2
1.0.3-1. daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının mülkiyyətçisi – ipoteka kağızının elektron sistemində (bundan sonra – elektron sistem) ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilmiş şəxsdir;3
1.0.4 ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan
həm borclu, həm də üçüncü şəxs ola bilər;
- ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir;4
- ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu
hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 5
- ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir;
- əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir;
- ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
M a d d ə 2. İpoteka haqqında qanunvericilik
- İpoteka ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
- Ələt azad iqtisadi zonasında ipoteka sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.6
M a d d ə 3. İpotekanın tətbiq sahəsi
- İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər.
- Gələcəkdə ortaya çıxa biləcək tələblərin icrası üçün də ipoteka qoyula bilər. Bu halda bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərə əməl edilməlidir.
M a d d ə 4. İpoteka ilə təmin edilən tələbin həcmi
- Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir:
- əsas borc;
- faizlər;
- öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi;
- ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması,
məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 7
- Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. 8
Maddə 5. İpoteka saxlayanın əlavə xərclərinin ipoteka ilə təmin edilməsi
İpoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir.
M a d d ə 6. İpoteka predmeti
- İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər.
- Mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir.
- Bölünməz əşyalar hissə-hissə ipoteka qoyula bilməz.
- İpoteka ümumi ola bilər. Ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə
Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər.
- İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka saxlayanın razılığı ilə dəyişdirilə bilər. Bu halda ipoteka müqaviləsində dəyişikliklər edilir.9
M a d d ə 7. İpotekanın xüsusiyyətləri
- İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. İpoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə ipoteka hüququ ipoteka müqaviləsində nəzərdə tutulmuş hallarda şamil edilir.
- Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.
- İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.
- Daşınmaz əmlakın ləvazimatı olan daşınar əmlaka dair həmin daşınmaz əmlakın ipoteka saxlayanı ilə daşınar əmlakın yüklülük sahibinin tələblərinin ödənilməsi “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən üstünlük hüququ nəzərə alınmaqla həyata keçirilir.10
M a d d ə 8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması
- Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.
- Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.
M a d d ə 9. Sonrakı ipoteka
- Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 11
- İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir.
- Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.
- Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur.
- İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar
arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir.
- İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol
- Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir.
İPOTEKANIN YARANMASI VƏ DÖVLƏT QEYDİYYATI
M a d d ə 10. İpoteka müqaviləsi
- İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
- İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 12
- İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir.
- İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
- İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. 13
- İpoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
- İpoteka müqaviləsində ipoteka predmeti olan əşyanın hansı hüquqa əsasən
ipoteka qoyana mənsub olduğu və bu hüququ qeydə alan dövlət orqanı göstərilməlidir.
- İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində
üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər
yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.
M a d d ə 11. İpotekanın dövlət qeydiyyatı
- Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
- İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
- İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.14
- İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir.15
- Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan (kreditor) olduqda, onlar
ipotekanın dövlət qeydiyyatı orqanında birgə ipoteka saxlayanlar kimi qeydə alınırlar.
- Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.
- İpoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun.
M a d d ə 12. İpotekanın dövlət qeydiyyatı qaydaları
- Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
- Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.16
- Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
- ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
12.3-1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 17
- İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanına ipoteka kağızı və onun notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilir.
12.4-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir.18
- Daşınar əşyanın rəsmi reyestrini aparan orqan ən geci 5 iş günü müddətində daşınar əşyanın ipotekasının dövlət qeydiyyatını aparır və reyestrdən çıxarışı ipoteka saxlayana təqdim edir. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər dövlət qeydiyyatı orqanında saxlanılır.
- Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir.
- İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və xüsusi möhürü ilə təsdiq edilir və ipoteka saxlayana qaytarılır.
12.7-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir.19
- Qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının surəti (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) dövlət qeydiyyatı orqanının arxivində saxlanılır.20
- Daşınar əşya üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair rəsmi reyestrdən arayış 3 təqvim günü müddətində hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına verilir.
- Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi barədə maraqlı şəxslərin ərizəsi təqdim edildiyi gündən ən geci 3 iş günü müddətində reyestrdə və ya reyestrdən çıxarışda düzəlişlər aparılır.
- Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 13. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatından imtina və onun
dayandırılması
- Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınmasından aşağıdakı
hallarda imtina edilə bilər:
- qeydiyyat üçün təqdim edilən sənədlər tam olmadıqda (bu Qanunun 3-1-ci
maddəsinin tələbləri nəzərə alınmaqla); 21
- ipoteka qoyan şəxs həmin əşyaya sərəncam vermək səlahiyyətinə malik
olmadıqda və ya bu hüquq qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırıldıqda.
- İpoteka predmeti üzərində hüquqa dair məhkəmə mübahisəsi olduqda mübahisənin həll olunmasına qədər məhkəmənin qərarı əsasında daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı dayandırıla bilər.
- Dövlət qeydiyyatından imtina və ya onun dayandırılması barədə qərar qəbul edildikdə qeydiyyat orqanı qeydiyyat üçün nəzərdə tutulan müddətdən gec olmayaraq imtinanın və ya dayandırılmanın səbəbləri barədə ərizəçiyə yazılı məlumat verməlidir.
- Qeydiyyatdan imtina və ya dayandırılma ilə bağlı hallar aradan qaldırıldıqdan
sonra ipoteka dövlət qeydiyyatına alınır.
- İpotekanın dövlət qeydiyyatından əsassız imtina və ya dayandırılma ilə, yaxud ipotekanın qeydiyyatının qanunsuz aparılması ilə əlaqədar olaraq, maraqlı şəxsin inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır.22
M a d d ə 14. İpotekanın əlavə dövlət qeydiyyatı23
- İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır:
- ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə;
- əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə;
- ipoteka predmeti deyişdirildikdə; 24
- ipoteka predmeti özgəninkiləşdirildikdə.
- İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə
14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.25
- İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alınır.
- İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka
kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır.
- İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq
qeydin edilməsi ilə təsdiq edilir.26
Maddə 15. İpotekanın dövlət qeydiyyatının ləğvi
- İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
- İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir.
M a d d ə 16. Dövlət rüsumu
- İpoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsi, ipotekanın dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödənilir.27
- İpoteka qoyanla ipoteka saxlayan arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ipotekanın dövlət qeydiyyatına görə rüsumun ödənilməsi ipoteka qoyanın üzərinə düşür.
- Bu Qanunun 14.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipotekanın əlavə dövlət qeydiyyatına görə rüsumu ipoteka qoyan ödəyir, bu şərtlə ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.
- İpotekaya xitam verilməsi hallarında, daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün
ləğv edilməsinə görə rüsum ipoteka qoyan tərəfindən ödənilir.28
İPOTEKA KAĞIZI
M a d d ə 17. İpoteka kağızı
- İpoteka kağızı ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə verilə və ya rəsmiləşdirilə bilər. İpoteka kağızı tərtib edildiyi halda ipoteka qoyanın, ipoteka saxlayanın, eləcə də onun digər mülkiyyətçilərinin hüquq və vəzifələri ipoteka kağızına dair bu Qanunda müəyyən edilmiş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.29
- İpoteka kağızı onun mülkiyyətçisinin aşağıdakı hüquqlarını təsdiq edir:30
- ipoteka predmeti üzərində ipoteka hüququnu;
- başqa sübutlar təqdim etmədən əsas öhdəliyin icrasını tələb etməsini;
- bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş hallarda ipoteka predmetinə tutmanın yönəldilməsini.
- İpoteka kağızı bir nüsxədə tərtib edilir və ipoteka saxlayana
17.3-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı elektron sistemdə elektron qaydada bu Qanunun 17.4-cü maddəsi ilə müəyyən edilmiş şəxs tərəfindən tərtib edilir və elektron sistem bu barədə ipoteka qoyana elektron bildiriş göndərir.31
- İpoteka kağızı ipoteka qoyan tərəfindən, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu tərəfindən tərtib edilir. İpoteka kağızını tərtib edən (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) fiziki şəxsin imzası
notariat qaydasında təsdiqlənməlidir.32
17.4-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.33
- Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan olduqda, ipoteka kağızının
verilməsinə və ya rəsmiləşdirilməsinə yol verilmir.34
- İpoteka kağızı üzrə hüquqlar bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş
qaydada başqa şəxslərə verilə bilər.
M a d d ə 18. İpoteka kağızının məzmunu
- İpoteka kağızı ilkin ipoteka saxlayana verilərkən və ya ilkin ipoteka saxlayanın adına rəsmiləşdirilərkən, özündə aşağıdakıları əks etdirməlidir:35
- sənədin adına daxil edilmiş “ipoteka kağızı” sözü və tərtib edildiyi yer;
- ipoteka qoyanın adı və ünvanı, yaxud ipoteka qoyan hüquqi şəxsdirsə, onun adı və olduğu yer;
- ipoteka saxlayanın adı və ünvanı, əgər ipoteka saxlayan hüquqi şəxsdirsə, onun
adı və olduğu yer;
- ipoteka müqaviləsinin bağlandığı yer və tarix;
- əsas öhdəlik üzrə borclu ipoteka qoyan deyildirsə, borclunun adı və ünvanı, əgər borclu hüquqi şəxsdirsə, onun adı və olduğu yer;
- əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları, icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. İpoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka kağızında müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
- ipoteka predmeti olan əşyanın təsviri və yerləşdiyi yer;
- ipoteka predmeti olan əşyanın hansı hüquqla ipoteka qoyana məxsus olduğu və bu hüququ qeydə almış orqanın adı, dövlət qeydiyyatının nömrəsi, tarixi və yeri, həmin əşyanın digər yüklülükləri barədə məlumat;
- ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının notariusun icra qeydi əsasında həyata keçirilməsi barədə qeyd; 36
- ipoteka qoyanın imzası, əgər o, üçüncü şəxsdirsə, həm də əsas öhdəlik üzrə
borclunun imzası;
- ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi 37
- İpoteka kağızında onun sonradan başqa şəxslərə verilməsini və ya başqa şəxslərin adına rəsmiləşdirilməsini qadağan edən qeydlər etibarsızdır.38
- İpoteka kağızının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
18.3-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının forması elektron sistemdə müəyyən edilir. Elektron sistemin inzibatçılığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.39
- İpoteka kağızı ilə ipoteka müqaviləsi arasında uyğunsuzluq olduqda ipoteka kağızının mülkiyyətçisi onun ləğv edilməsini və eyni zamanda yeni ipoteka kağızının verilməsini və ya rəsmiləşdirilməsini tələb edə bilər. İpoteka kağızının mülkiyyətçisi bu cür
uyğunsuzluğu aşkar etdiyi halda, dərhal ipoteka qoyana, o, üçüncü şəxs olduqda
həmçinin əsas öhdəlik üzrə borcluya məlumat verməlidir.40
- İpoteka kağızını tərtib edən göstərilən uyğunsuzluqla və onun aradan
qaldırılması ilə əlaqədar zərərə görə məsuliyyət daşıyır.
M a d d ə 19. İpoteka kağızının dövlət qeydiyyatı
- İpoteka kağızının dövlət qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirilir.
19.1-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.41
- İpoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə verilmə qeydi ipoteka
kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alınır.42 M a d d ə 20. İpoteka kağızı üzrə hüquqların verilməsi
- İpoteka kağızı üzrə hüquqların verilməsi, ipoteka kağızında digər şəxsin xeyrinə verilmə qeydinin (indossamentin) edilməsi və ipoteka kağızının ona verilməsi yolu ilə həyata keçirilir. Verilmə qeydini edən fiziki şəxs olduqda onun imzası notariat qaydasında təsdiq edilməlidir.
20.1-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların verilməsi elektron sistemdə ipoteka kağızında digər şəxsin xeyrinə elektron imza ilə verilmə qeydinin (indossamentin) edilməsi və bu şəxsə elektron sistemdə bildiriş göndərilməsi yolu ilə həyata keçirilir.43
- İpoteka kağızı başqa şəxsə ipoteka müqaviləsi ilə birlikdə verilir və həmin şəxs
ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın bütün hüquq və vəzifələrini əldə edir.
20.2-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqlar başqa şəxsin adına rəsmiləşdirildikdə, ipoteka müqaviləsi həmin şəxsə təqdim edilir və həmin şəxs ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın bütün hüquq və vəzifələrini əldə edir.
- İpoteka kağızı üzrə hüquqların verilməsi ilə əsas öhdəlik üzrə tələb ipoteka kağızının yeni mülkiyyətçisinə güzəşt edilir. İpoteka kağızı üzrə hüquqlar verilərkən əsas öhdəlik qismən icra olunmuşsa, ipoteka kağızının mülkiyyətçisi bu barədə ipoteka kağızında müvafiq qeyd aparır və əsas öhdəliyin icra olunmamış hissəsi güzəşt edilmiş hesab edilir.44
- Verilmə qeydində ipoteka kağızı üzrə hüquqların verildiyi şəxsin adı tara və dəqiq göstərilməlidir. İpoteka kağızında hüquq sahibinin adı göstərilmədən indossamentə yol
- Verilmə qeydi ipoteka kağızında göstərilmiş ipoteka saxlayan, həmin qeyd ilkin qeyd olmadıqda isə ipoteka kağızının bundan əvvəlki qeyddə göstərilmiş mülkiyyətçisi tərəfindən imzalanmalıdır.45
- Oğurluq nəticəsində və ya verilmə qeydlərini yazmış şəxsin iradəsindən asılı olmayaraq başqa şəkildə onun sahibliyindən çıxmış ipoteka kağızını alan şəxs ipoteka kağızının qanuni sahibi hesab olunmur, bu şərtlə ki, onun bunu bildiyi və ya bilməli olduğu sübut edilsin.46
- İpoteka kağızı üzrə hüquqlarını vermiş şəxs bu barədə əsas öhdəlik üzrə borcluya
yazılı bildiriş verməlidir. Bu vəzifənin yerinə yetirilməməsi borclu və yeni ipoteka saxlayan üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində tələblərin güzəştinə dair nəzərdə tutulmuş nəticələri doğurur.
M a d d ə 21. İpoteka kağızı üzrə hüquqların həyata keçirilməsi
- İpoteka kağızı üzrə hüquqların həyata keçirilməsinə başlanıldığı vaxt ipoteka kağızının mülkiyyətçisi ipoteka kağızında əsas öhdəliyin icrası barədə qeydlər aparmalıdır. Həmin qeydlər həm ipoteka qoyan, həm də sonrakı mümkün mülkiyyətçilər üçün aydın şəkildə olmalıdır.47
21.1-1. Daşınmaz əmlaka münasibətdə ipoteka saxlayan elektron sistemdə ipoteka kağızında əsas öhdəliyin icrası barədə qeydlər aparmalıdır. Həmin qeydlər barədə ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilməlidir.48
- Əgər başqa sübut yoxdursa, ipoteka kağızının mülkiyyətçisində olması yaxud ipoteka kağızında əsas öhdəliyin qismən icrası barədə qeydin və ya başqa cür təsdiqin olmaması göstərir ki, bu öhdəlik və ya onun müvafiq hissəsi icra edilməmişdir. Əgər başqa hal müəyyən edilməyibsə, ipoteka kağızının ipoteka qoyanda olması əsas öhdəliyin yerinə yetirilməsini təsdiq edir.49
21.2-1. Elektron sistemdə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızında əsas öhdəliyin qismən icrası barədə qeydin və ya başqa cür təsdiqin olması göstərir ki, bu öhdəlik və ya onun müvafiq hissəsi icra edilmişdir. Elektron sistemdə ipoteka kağızına xitam verilməsi əsas öhdəliyin yerinə yetirilməsini təsdiq edir.
- İpoteka kağızı üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi bu Qanunda
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
- İpoteka qoyan ipoteka kağızının mülkiyyətçisinin tələbinə qarşı ipoteka kağızına əsaslanmayan etirazlar edə bilməz.50
- Bu Qanuna uyğun olaraq ipoteka kağızı ləğv edildikdə ipotekanın dövlət qeydiyyatını aparan orqan ipoteka kağızını alan kimi dərhal onun üz tərəfinə “xitam verilmişdir” ştampı vurmaqla ləğv edir və öz arxivində saxlayır.
21.5-1. Bu Qanuna uyğun olaraq daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına xitam verildikdə, ipotekanın dövlət qeydiyyatını aparan orqan müvafiq reyestrdə qeydlər aparmalıdır.
M a d d ə 22. İtirilmiş və ya korlanmış ipoteka kağızı üzrə hüquqların bərpası
- İtirilmiş, yaxud lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən korlanmış ipoteka kağızı üzrə hüquqlar ipoteka kağızının mülkiyyətçisinin ərizəsi əsasında ipoteka kağızı qeydə alınmış dövlət reyestrində saxlanılan ipoteka kağızının surətinə uyğun olaraq itirilmiş (korlanmış) ipoteka kağızının dublikatı verilməklə bərpa edilir. Dublikatın üzərində “dublikat” sözü qeyd edilməli, qeydiyyat orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanmalı, möhürlə təsdiq edilərək ipoteka kağızının mülkiyyətçisinə verilməli və reyestrdə müvafiq qeydlər aparılmalıdır.51
- İpoteka kağızının dublikatı itirilmiş (korlanmış) ipoteka kağızına tam uyğun olmalıdır. Əks halda meydana çıxan uyğunsuzluqla əlaqədar yaranan zərərə görə ipoteka kağızının dublikatını vermiş dövlət qeydiyyatı orqanı məsuliyyət daşıyır.
M a d d ə 23. İpoteka kağızına xitam verilməsi
- İpoteka kağızı könüllü olaraq ipoteka qoyana verildikdə və ya bu Qanunun 48-ci
maddəsində nəzərdə tutulmuş hallarda ipoteka kağızına xitam verilir.
- Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına elektron sistemdə ipoteka saxlayan tərəfindən könüllü olaraq və ya bu Qanunun 48-ci maddəsində nəzərdə tutulmuş hallarda xitam verilir.52
İPOTEKA QOYANLA İPOTEKA SAXLAYANIN QARŞILIQLI MÜNASİBƏTLƏRİ
M a d d ə 24. İpoteka qoyanın və ipoteka saxlayanın hüquq və vəzifələri
Bu Qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri ilə yanaşı ipoteka qoyan və ipoteka saxlayan arasında bağlanan ipoteka müqaviləsində tərəflərin əlavə hüquq və vəzifələri müəyyənləşdirilə bilər.
M a d d ə 25. İpoteka qoyanın hüquq və vəzifələri
- İpoteka qoyanın aşağıdakı hüquqları vardır:
- ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək;
- ipoteka qoyulmuş əşyanı vəsiyyət etmək;
- bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək;
- ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək.
- Bu Qanunun 25.1.3-cü maddəsində göstərilən hüquqa tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra xitam verilir.
- İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır:
- ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək;
- ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək;
- ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək;
- ipoteka predmetinə tutma yönəldildikdə həmin əşyanı almaq istəyən şəxslərə ipoteka
predmetinə yerində baxış keçirmək üçün şərait yaratmaq; 53
- bu Qanunun 6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayandan əsas öhdəliyin həcmi barədə arayış alaraq notariusa təqdim etmək.
M a d d ə 26. İpoteka saxlayanın hüquq və vəzifələri
- İpoteka saxlayanın aşağıdakı hüquqları vardır:
- ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq;
- ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün
zəruri tədbirlər görməyi tələb etmək;
- ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;
- ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan
hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək;
- əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq;
- ipoteka hüququnu girov qoymaq;
- bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək.54
- İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə ipoteka qoyanın müvafiq vəzifələri ona keçir.
- İpoteka saxlayan bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda notariusa təqdim etmək üçün ipoteka qoyana əsas öhdəliyin həcmi barədə arayış verir.55
M a d d ə 27. İpoteka qoyulan əşyanın saxlanılması və sığorta
- İpoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək, fiziki şəxs olan borclu isə həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməlidir. 56
- İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.
- İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.
- İpoteka qoyulmuş əşya ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulduğu halda ipoteka saxlayanın hesabına sığortalanmalıdır.
M a d d ə 28. İpoteka ilə təmin edilmiş tələbin başqasına keçməsi
- İpoteka ilə təmin edilmiş tələb başqasına keçdikdə həmin tələbin təminatı olan
ipoteka ona keçir. Tələbin keçdiyi şəxs ipoteka saxlayanın hüquq və vəzifələrini əldə edir.
- Tələbin başqa şəxsə keçməsi tələbin güzəşti müqaviləsinin bağlanılması və ya ipoteka kağızında digər şəxsin xeyrinə verilmə qeydinin (indossamentin) edilməsi yolu ilə həyata keçirilir. Tələbin başqa şəxsə keçməsi bu Qanuna uyğun olaraq əlavə dövlət qeydiyyatına alınmalıdır. Bu şərtə əməl edilmədikdə, tələbin başqa şəxsə keçməsi etibarsız hesab olunur.57
M a d d ə 29. İpoteka ilə təmin edilmiş borcun başqasına keçməsi
Əsas öhdəlik üzrə borc başqasına keçdikdə (vərəsəlik qaydasında borcun keçməsi halları istisna olmaqla) ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. 58