Təbii sərvətlərin qiymətləndirilməsi

Xidmətlər

Təbii sərvətlərin qiymətləndirilməsi

Təbii sərvətlərin qiymətləndirilməsi

Çoxillik əkmələr bitki aləminin ağac, kol, çəmənliklər, güllüklər kimi obyektləridir.

Çoxillik əkmələrə küçə, meydança, park, bağ, şəhər bağçaları, müəssisələrin ərazisi, yaşayış evlərinin həyəti, bağ evlərinin ərazisində yaşıllaşdırma və dekorasiya üçün əkilən və istifadə olunan ağaclar, kollar, çəmənliklər, güllüklər, həmçinin qardan qoruyan və tarla qoruyucusu zolaqlar, digər süni əkmələr aiddir.

Çoxillik əkmələrin dəyərinin müəyyən edilməsinin məqsədləri aşağıdakılardır:

  • Auksion və ya müsabiqə keçirilmədən satış, həmçinin əmlakın iqtisadi müflisləşmə (iflas) prosedurunda satışı
  • Hüquqi şəxslərin nizamnamə kapitalına pul olmayan əmanət şəklində maya qoyma
  • Auksionda və ya müsabiqədə satış, əmlakın iflas prosedurunda satışı daxil olmaqla
  • Müəssisənin əsas vəsaitlərinin qiymətləndiricilərin cəlb edilməsi ilə birbaşa qiymətləndirmə metodu ilə yenidən qiymətləndirilməsi
  • Girov (ipoteka) qoyma
  • Təmənnasız özgəninkiləşdirmə (təmənnasız ötürmə, mübadilə)
  • Təmənnasız istifadə, icarə, etibarnamə ilə idarəetməyə verilmə
  • Əmlak mübahisələrinin həlli
  • İtkilərin (ziyanın) qarşılanması
  • Uçota alınmayan obyektlərin (inventarizasiya prosesində aşkarlanan aktiv artıqları və təmənnasız alınan aktivlər) balansa daxil edilməsi
  • İnventar obyektinin ilkin dəyərinin bölünməsi (ayrılması)
  • İdarəetmə qərarlarının həyata keçirilməsi.
  • Qanunvericiliyə zidd olmayan digər məqsədlər.

Daşınmaz əmlak obyektlərinin dəyərinin bazar metodları ilə qiymətləndirilməsi zamanı qiymətləndirmənin məqsədlərindən asılı olaraq aşağıdakı qiymətləndirmə predmetləri müəyyən edilə bilər:

  • bazar dəyəri;
  • cari istifadədə bazar dəyəri;
  • investisiya dəyəri;
  • təsviyə dəyəri;
  • xüsusi dəyər;
  • sinergetik dəyər.

Çoxillik əkmələr gəlir və xərc metodları ilə, analoji obyektlərin satışı barədə məlumatlar mövcud olduqda isə müqayisəli metodla qiymətləndirilə bilər.

Qiymətləndirmə zamanı çoxillik əkmələrin dəyərinə təsir edən bütün amilləri nəzərə alır və yalnız obyektiv, tam, mötəbər və aktual məlumatlara əsaslanaraq öz rəyimizi tərtib edirik.

Yaşıl əkmələrin qiymətləndirilməsi xidmətlərinin dəyəri qiymətləndirmə obyekti, məqsədi, qiymətləndirmə hesabatının hazırlanması müddətindən asılıdır. Yaşıl əkmələrin qiymətləndirilməsi xidmətlərinin dəyəri qiymətləndirici qiymətləndirmə obyektinin sənədləri ilə tanış olduqdan sonra müəyyən edilə bilər.

 

Müasir cəmiyyətdə müəssisənin uğuru və uzunmüddətli sabitliyi onun sabit rəqabət üstünlüklərinə malik olması ilə müəyyən edilir. Bu üstünlüklərdən biri əqli mülkiyyət obyektləri və ya qeyri-maddi aktivlərə hüquqların olmasıdır. Həmin obyektlərin təsərrüfat fəaliyyətinə daxil edilməsi onların dəyərinin dəqiq müəyyən edilməsini tələb edir. Əqli mülkiyyətin qiymətləndirilməsi bu məsələni maksimal şəkildə effektiv həll etməyə imkan verir.

Qeyri-maddi aktivlər və əqli mülkiyyətin qiymətləndirilməsi yüksək texnoloji sahələr üçün olduqca vacibdir. Şirkətimiz əqli mülkiyyətin, qeyri-maddi aktivlərin peşəkar müstəqil qiymətləndirməsini aparır:

  • Müəllif hüquqlarının qiymətləndirilməsi (əsərin nüsxələnməsi, yayılması, idxalı, yazılması, ictimai nümayişi/icrası, geniş kütləyə yayımlanması, tərcüməsi və emalına hüquqların, həmçinin hərəkətli təsvirə hüquqların qiymətləndirilməsi);
  • Müəllif hüquqları ilə əlaqəli hüquqların qiymətləndirilməsi (fonoqram icraçıları, istehsalçıları, efir və kabel yayımı təşkilatlarının EHM üçün proqramlar və verilənlər bazalarına hüquqlarının qiymətləndirilməsi);
  • Əmtəə nişanının (Brendin) qiymətləndirilməsi;
  • İşgüzar nüfuzun (Qudvill/Goodwill) qiymətləndirilməsi.