Caspian Valuation haqqında məlumat
«Caspian Valuation» MMC 2011-cü ildə daşınmaz əmlak bazarının qiymətləndirilməsi və ekspertizası, digər əmlak subyektlərinin (bütün növ daşınar əmlakların, bina və qurğuların, ixtisaslaşmış avadanlıqların, qeyri-maddi aktivlərin, qızıl-zinət əşyalarının, nəqliyyat vasitələrinin və s.) qiymətləndirilməsi üzrə ixtisaslaşmış mütəxəssislər (ekspertlər) tərəfindən təsis edilib və dövlət qeydiyyatından keçirilib. Mərkəz hal-hazırda Nizamnaməsinə uyğun olaraq qiymətləndirmə, əmtəəşünaslıq, tikinti-texniki ekspertizası, konsaltinq və kompleks marketinq sahəsində fəaliyyət göstərir. Fəaliyyəti üzrə hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), “Milli Qiymətləndirmə Standartları”na (AzS), “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidmət göstərir.
Qiymətləndirmə ilə bağlı yenilikləri bizdən eşidin