Caspian Valuation haqqında məlumat
«Caspian Valuation» MMC 2011-ci ildən daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi və ekspertizası sahəsində peşəkar təcrübəyə malikdir. Şirkət Azərbaycan Qiymətləndiricilər Palatasının üzvüdür. 3 əməkdaş Dövlət İmtahan Mərkəzində keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanaraq Qiymətləndiricinin İxtisas Şəhadatənaməsini əldə etmişlər. «Caspian Valuation» MMC fəaliyyəti üzrə hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), “Milli Qiymətləndirmə Standartları”na (AzS), “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidmət göstərir. Qiymətləndirmə fəaliyyəti ilə yanaşı aşağıdakı xidmətlər də təşkilatın fəaliyyət çərçivəsinə daxildir. Əmtəəşünaslıq, tikinti-texniki ekspertizası; İnventarizasiya; Biznes planların tərtibi; Mal qalığının hesablanması; Eskiz layihələrin çəkilməsi, koordinatların müəyyən edilməsi; Əldən çıxmış faydanın hesablanması; Smeta layihələrinin tərtibi; Dəymiş ziyanın hesablanması; Konsaltinq və kompleks marketinq sahəsi və s.
Qiymətləndirmə ilə bağlı yenilikləri bizdən eşidin